Xətai rayon İcra Hakimiyyəti 388 min 757 manatlıq tenderin qalibini açıqlayıb

18:03 10-10-2020 90

Xətai rayon İcra Hakimiyyəti MKTB tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, İcra Hakimiyyəti Xətai rayon ərazisində asfalt örtüyünün təmiri işlərinin görülməsi satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Vest-LT" QSC  olmuşdur

Xətai İcra Hakimiyyəti MKTB qalib şirkətə  388 min 757 manat ödəyəcək.

Qeyd edək ki, bir müddət öncə mediada yayılan məlumatlara görə,  Xətai Rayon İcra Hakimiyyətinin qanunsuz tender sövdələşmələri nəticəsində dövlət büdcəsinə vurduğu zərər faktları açıqlanmışdı.

Həmin faktlarda göstərilirdi ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat birliyinin "Abadlıq işləri üzrə avadanlıqların satınalınması" məqsədi ilə elan etdiyi tender müsabiqəsinin qalibi dövlətə külli miqdarda vergi borcu olan "İnpeksN" MMC (VÖEN:1601862631) adlı "universal" xidmətlər göstərən şirkət olub. Məlum alqı-satqı müqaviləsi üzrə Xətai Rayon İcra Hakimiyyəti sözügedən podratçı şirkətə 228636.8 AZN vəsait ödəyib. Qeyd edim ki, tərəflər arasında bu bir ilk deyil. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş son 20 tender müsabiqəsinin 11-də məhz "İnpeksN" MMC şirkəti qalib olub.

✅ 25.06.2019: 34 min 961 manat 4 qəpik
✅ 25.06.2019: 244 min 642 manat 32 qəpik
✅ 25.06.2019: 253 min 769 manat 97 qəpik
✅ 01.05.2019: 188 min 501 manat 81 qəpik
✅ 01.05.2019: 269 min 882 manat 52 qəpik
✅ 01.05.2019: 149 min 911 manat 92 qəpik
✅ 01.05.2019: 189 min 921 manat
✅ 15.11.2017: 598 min 697 manat 82 qəpik
✅ 02.06.2017: 119 min 033 manat 56 qəpik

Tender sövdələşmələrinin qanuna zidd olması və "İnpeksN" MMC haqqında:

"Universal" xidmətlər göstərən, bir gündə demək olar ki, 2 tenderin qalibi olan "İnpeksN" MMC-in qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğludur. Hüquqi ünvanı: Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34

"Dövlət Satınalmaları Haqqında" qanunun 6.2.5-ci maddəsinə əsasən bu şirkət dövlət qurumlarının elan etdiyi tender müsabiqələrində iştirak edə bilməz. Belə olan halda isə Xətai Rayon İcra Hakmiyyətinin bu şirkətlə hansı məqsədlə anlaşdığını anlamaq heç də çətin deyil.

Belə ki, tenderlər kralı olan "İnpeksN" MMC şirkətinin dövlət büdcəsinə ödənilməmiş 7 milyon 263 min 941 manat 54 qəpik vergi borcu var.

Beləliklə də asanlıqla qeyd etmək mümkündür ki, tender müsabiqələrində iştirak etmək hüququ olmayan bir şirkətin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş 11 tender müsabiqəsində qalibi olması faktı korrupsiya sövdələşməsinin məntiqi nəticəsidir.

Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.