Dövlət Turizm Agentliyinin keçirdiyi 3,3 milyon manatlıq tenderin qalibi bilindi

21:16 13-10-2020 110

Dövlət Turizm Agentliyi tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "VEST-LTD" QSC olmuşdur. Metropoliten qalib şirkətə 3,3 milyon manat ödəyəcək.