Baş prokuror “Reuters”ə ermənilərin Gəncədə törətdiyi barbarlıqdan danışdı - VİDEO

21:20 17-10-2020 80

Baş prokuror Kamran Əliyev ermənilərin Gəncədə törətdiyi qanlı cinayətlə bağlı “Reuters” agentliyinə müsahibə verib.

Baş prokuror müsahibəsində gecə saatlarında şəhərin müxtəlif istiqamətlərinə raket zərbələrinin endirilməsi, çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnən barbar hücumdan danışıb.

K.Əliyev bildirib ki, bu gecə Azərbaycanın ikinci böyük şəhərində sülhə və insanlığa qarşı cinayət törədilib.

“Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:

“Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.