Bakının mərkəzindəki məşhur kafenin sahibi ermənilərə dəstək oldu

13:21 20-10-2020 165
Bakının mərkəzindəki məşhur "AnderSon" kafe şəbəkəsinin qurucusu Anastasiya Tatulova bir az əvvəl müharibə əleyhinə status yazıb.
 
Sfera.az xəbər verir ki, o, Facebook hesabında status paylaşaraq öz fikri, pulu, hər şeyi ilə ermənilərin tərəfində olduğunu bildirib.
 
Ermənipərəst xanım daha sonra postunu silərək hər iki tərəfə dəstəkverici post paylaşıb.

Sosial şəbəkə istifadəçiləri isə kafenin boykot edilməsi ilə bağlı çağrışlar ediblər:
"Amma gecdir. Adam niyyətini bəlli etdi. Azərbaycanlıların xərclədiyi pulu erməni işğalçılarına xərcləyən adamın kafesi boykot edilməlidi!!!
Aidiyyatı qurumlar bu kafeni ləğv eləsin".
kafe
kafe1
kafe2
kafe4