Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

13:22 20-10-2020 105

Bu il oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.