“Qalatasaray”dan Azərbaycana növbəti dəstək - Foto

13:28 20-10-2020 225

Türkiyənin "Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini ifadə edib.

Məlumat İstanbul klubunun "ultraAslan” azarkeş qrupunun Tvitter səhifəsində paylaşılıb.

İstanbul klubunun Superliqanın beşinci turu çərçivəsində bu gün "Alanyaspor”la ev oyunu öncəsi matçın keçiriləcəyi "Türk Telekom Arena”ya iki ölkə bayrağının əks olunduğu müxtəlif plakatlar yerləşdirilib və Azərbaycana dəstək şüarları yazılmış bannerlər asılıb.