ABŞ Prezidentindən Qarabağ açıqlaması – Kremldən reaksiya

17:34 24-10-2020 160
 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə münasibət bildirib.

Yenixeber.org: Tramp deyib ki, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşünüdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində irəliləyiş əldə olunub. Amma o, detalları açıqlamayıb. Bəzi məlumatlara görə, görüşdə Donald Trampın özü də iştirak edib.

Rusiya KİV-i qeyd edir ki, Kreml Trampın fikirlərinə reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın fikirlərini şərh edərkən deyib ki, Moskva söhbətin nədən getdiyi barədə məlumatlı deyil. O, Moskvanın Trampın fikirləri ilə razı olub-olmaması barədə suala “Hələ bilmirk” deyə cavab verib.

Xatırladaq ki, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın Vaşinqton səfəri ərəfəsində ABŞ Dövlət Departamenti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi barədə bəyanat yaymışdı.