Hikmət Hacıyev Misir qəzetinə erməni işğalçılığından danışdı - FOTO

15:02 25-10-2020 120

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Misirin aparıcı mətbuat orqanlarından olan “Al-Ahram” qəzetinə müsahibə verib.

Bununla bağlı o, “Twitter” səhifəsində paylaşım edib.

“Ərəb dünyası Ermənistanın Azərbaycan xalqına qarşı vəhşiliklərindən xəbərdar olmalıdır. 30 illik işğal və Ermənistanın BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməkdən imtina etməsi. Misirin aparıcı qəzetinə müsahibə”, - Prezidentin köməkçisi vurğulayıb.