İran Azərbaycanla sərhəddə qoşun yığır

20:42 28-10-2020 120

BMT üzvü İran rəsmiləri hələ də Dağlıq Qarabağ

bölgəsini mübahisəli bölgə hesab edir

 Sülhəddin Əkbər:

"Ən ciddi amil, gözlənilən möhtəməl geopolitik dəyişiklik, sərhəd dəyişiklikləridir, burada söhbət Mehri dəhlizindən gedir"

 General-mayor Musəvi:

"Ölkələrin ərazi bütövlüyünə hörmət etmək və rəsmi beynəlxalq sərhədləri qorumaq bizim müəyyən prinsiplərimizdir və biz (sərhədlərdə) dəyişikliklərə dözməyəcəyik və buna qarşı olduq və buna qarşıyıq"

 Məhəmməd Pakpur:

"Bölgə ölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikası üçün qırmızı xətdir"

 Artıq bir neçə gündür ki, İran İslam Respublikası Azərbaycanla sərhəddə qoşun toplayır, ölkənin digər ərazilərindən ağır hərbi texnika karvanları bu bölgəyə axışır. Azərbaycan ictimaiyyəti həm sosial şəbəkələrdə, həm də mediada qonşu dövlətin bu hərəkətindən narahatdır. Məsələyə aydınlıq gətirmək üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə müraciət etdik. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Seyid Əli Mousavi müraciətimizə aşağıdakı çavabı verdi.

- General-mayor Musəvi çərşənbə axşamı günü ordunun şimal-qərb bölgələrindəki hava hücumundan müdafiə birləşmələrini gücləndirdiyini və hətta ehtiyac olduqda bu bölgələrə daha çox qüvvə yerləşdirə biləcəyini söylədi. Onun şərhləri Azərbaycan Respublikası və Ermənistanın Dağlıq Qarabağ bölgəsi üzərində silahlı toqquşmaların yeni mərhələsində müvəqqəti atəşkəs barədə razılığa gəlməsindən sonra gəldi: "Ölkələrin ərazi bütövlüyünə hörmət etmək və rəsmi beynəlxalq sərhədləri qorumaq bizim müəyyən prinsiplərimizdir və biz (sərhədlərdə) dəyişikliklərə dözməyəcəyik və buna qarşı olduq və buna qarşıyıq".

Təkfirçi terrorçuları, DƏŞ qüvvələrini və Sionistləri dünyada yalnız özlərinə inamsızlıq və nifrət gətirən padşahlar kimi qəbul edən general, İran hərbi qüvvələrinin ölkə sərhədləri yaxınlığında bu cür ünsürlərə qarşı heç bir düşünülmədən sərt addımlar atacağını vurğuladı.

IRGC Quru Qüvvələri artıq mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında davam edən atışmalar fonunda ölkənin şimal-qərb sərhədini qorumaq üçün mexanikləşdirilmiş briqada yerləşdirmişdir.

Yerləşdirmə yeri, Khoda Afarin və Jolfa bölgələrindəki sərhəd boyunca uzanan ərazilər olaraq təyin olundu.

Bazar günü IRGC Quru Qoşunları Komandiri Tuğgeneral Məhəmməd Pakpoor bölgədə təhlükəsizliyi təmin etmək üçün Azərbaycan və Ermənistan arasında gedən döyüşlər arasında sərhəd bölgələrinə daha çox bölmənin yerləşdirilə biləcəyini söylədi.

Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur da Xudafərin sərhəd bölgəsində olub.

Məhəmməd Pakpur jurnalistlərə bildirib ki, onların bu qərarının iki mesajı var: "Birincisi, əziz ölkəmizin insanlarının bölgədəki vəziyyəti güclü şəkildə izlədiyimizi və buna görə lazımi tədbirləri gördüyümüzü hiss etmələri, ikincisi isə bölgə ölkələrinə onların sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığımızı, bölgə ölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikası üçün qırmızı xətdir".

Məsələyə münasibət bildirən, AzDP sədri, siyasi şərhçi Sülhəddin Əkbər bizimlə söhbətində bildirdi ki, bunun konkret səbəbləri var: "Birincisi, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi, bununla da ölkəmizdə millətləşmə və dövlətləşmə mərhələsinin yetkinlik fazasına daxil olması İran xalqları, xüsusilə də Azərbaycan türkləri üçün cəlbedici bir nümunəyə çevrilə bilməsi rəsmi Tehranı narahat edir. İkinci səbəb, Türkiyənin Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda - Xəzər regionunda iştirak və nüfuzunun artmasıdır. Nəhayət, üçüncü ən ciddi amil, gözlənilən möhtəməl geopalitik dəyişiklik - sərhəd dəyişiklikləridir, burada söhbət Mehri dəhlizindən gedir. İranı əsas narahat edən axrıncı məsələdir. Rəsmi Tehran hesab edir ki, Mehri dəhlizinin götürülməsi Türkiyənin maraqlarına uyğun məsələdir".

Sonda bir məsələni də qeyd edək ki, Dağlıq Qarabağ bölgəsi BMT tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınsa da, BMT üzvü olan İİR rəsmisi General-mayor Musəvi öz açıqlamasında Dağlıq Qarabağı mübahisəli ərazi kimi təqdim edir.

A. Nəsirli