Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO

19:45 20-11-2020 243

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun!

Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”