“Azərsu” 1,5 milyon manatlıq nasos alır

17:01 21-11-2020 243

“Azərsu” ASC tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, Azərsu Mərkəzdənqaçma nasosların satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi  "KASKAD-HİDRO"  MMC olmuşdur.

“Azərsu” ASC qalib şirkətə 1 milyon 491 min 507 manat ödəyəcək.