Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

14:48 27-11-2020 225

"Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgərlərin və ölənlərin meyitlərinin axtarışı üçün şərait yaratmağa davam edirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla yanaşı, onlarla federal nazirlik, idarə və agentliyin iştirak etdiyi Humanitar Mərkəz yerləşdirilib, Azərbaycan və Ermənistanın müvafiq idarələrinin bu işə qoşulması hazırlanıb, humanitar yüklərin ilk partiyaları göndərilib.

“Rusiyanın Xarici İşlər Nazirliyinin xətti ilə ATƏT, Minsk Qrupunun digər həmsədr ölkələri, habelə BMT-nin ixtisaslaşmış təşkilatları daxilində beynəlxalq dəstəyi səfərbər etdik. Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq fəal işləyir, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisi, Dünya Qida Proqramı, UNESCO, UNICEF, BMT İnkişaf proqramı, ÜST-lə işləyirik”, - o qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyasının idarələrarası nümayəndə heyətinin İrəvana və Bakıya səfəri zamanı humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağ bölgəsində normal həyat üçün şəraitin yaradılması məsələləri vurğulanıb:

“Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla, eləcə də, maraqlı xarici tərəfdaşlar və strukturlarla birlikdə həyata keçirdiyi kompleks tədbirlərin Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcəyini gözləyirik”.