Putin -Təhlükəsizlik Şurasında Qarabağı müzakirə edib

16:34 27-11-2020 288
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, rus sülhməramlılarının fəaliyyətini və Qarabağdakı humanitar missiyanı müzakirə edib.
Bu barədə Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiyalı sülhməramlıların fəaliyyəti və Qarabağdakı humanitar missiyanın işi barədə də söhbət oldu. Prezident bu çərçivədə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verdi".

Peskov, əlavə edib ki, Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.