Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin etdi

20:04 30-11-2020 279

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. milletinsesi.info-ın əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.