Argentinalı dünya çempionu koronavirusa görə -reanimasiyaya yerləşdirildi

12:18 06-01-2021 279

Argentina millisinin sabiq futbolçusu Leopoldo Luke koronavirusa yoluxub.

 RBD xəbər verir ki, 71 yaşlı keçmiş hücumçu reanimasiyaya yerləşdirilib.

Luke infeksiya səbəbindən təcrid olunmuşdu, lakin vəziyyəti pisləşdikdən sonra oksigen çatışmazlığı yaranıb və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Leopoldo Luke 2007-ci ildə infarkt keçirib. O, 1978-ci ildə Argentina yığması ilə birlikdə dünya çempionu olub. Luke "River Pleyt" klubunda 5 dəfə ölkə çempionatında qızıl medal qazanıb.