Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək – MEHRİBAN ƏLİYEVA

13:01 10-01-2021 495

“Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Turizm marşrutları işlənib hazırlanacaq”.  Xəbər verir ki, bunu ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək: ”Təmir bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevilmi məkanlardan biri olacaq. Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik. Bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var.”