Korotçenko: “Vladimir Putin Paşinyanın siyasi psixoterapevti rolunda çıxış edirdi”

01:00 12-01-2021 180

Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu gün Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin Vladimir Putinlə baş tutan ikitərəfli görüşləri barədə müşahidələrini yazıb.

İ.Korotçenko fikirlərini öz “Telegram” hesabında dərc edib.

“Vladimir Putin və İlham Əliyev bərabər şəkildə, biri-birlərinə hörmət edərək danışdılar.

Rusiya Federasiyası Prezidentinin Ermənistanın Baş naziri ilə görüşməsindən isə belə bir təəssürat yarandı ki, sanki V.Putin Paşinyanın siyasi psixoterapevti rolunda çıxış edirdi”, - rusiyalı ekspert qeyd edib.