Qəbələ İcra hakimiyyəti 8 tenderə 4 milyon 309 min 094 manat xərcləyib

13:50 13-01-2021 225

2020-cu ildə Qəbələ rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 309 min 094 manat məbləğində 10 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 4 milyon 309  min 094 manat xərcləyib. Qəbələ Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi  "Baku Building" MMC (2 milyon 658  min 820 manat) olmuşdur.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2020-ci ildə 10 tender keçirib ki, qaliblərə 185 min 729 manat ödənilib. Ən böyük tenderin qalibi “Kripto lab” MMC olmuşdur.

FED.az 2020-cu ildə Qəbələ Rayonunda keçirilən tenderləri  təqdim edir.

imageimage