Dövlətə 650 min vergi borcu olan "Sahliyalı" şirkətinin təmsilçisi özünə villa tikdirir?
Ötən yazımızda Azərbaycanda bəzi şirkətlərin son bir ildə iqtisadiyyatda baş verən böhrandan sui-istifadə etməyə çalışdıqları barədə yazmışdıq.
Həmin yazıda ilin əvvəlindən koronavirus pandemiyasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimi ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərdiyi, müəyyən sahələrə tətbiq edilən məhdudiyyətlərin təsirindən xeyli sayda iş yerləri bağlansa da, bazardakı real situasiyanın qida sektorunda fəaliyyət göstərən bəzi monopolist şirkətlərin büdcələrinin artmasına münbit şərait yaratdığını qeyd edirdik.
Məqalədə bazardakı hegemonluqlarına görə gəlirlərinin davam etməsinə baxmayaraq, bu tip şirkətlərin bəziləri dövriyyələrini süni olaraq azaltmaqla, vergi ödəmələrini gecikdirməklə və digər üsullarla barələrində "ziyançəkən şirkət" obrazı yaratdıqları, buna səbəb isə dövlətin pandemiyadan zərər çəkən özəl müəssisələrə edəcəyi ehtimal edilən yardım paketindən yararlanmaq planının olması və ölkədə gözlənilən devalvasiya olduğu vurğulanırdı.
Belə ki, məlumata görə şirkətin qanuni təmsilçisi Bəkir Fərid Bəkir oğlu Bilgəh qəsəbəsində özünə villa inşa etdirir.
Məlumata görə 12 sot torpaqda inşa ediləcək villanın ümumi sahəsi 250 kvadrat metrdən çoxdur.