"World Masters": -Azərbaycanın iki cüdoçusu finalda

21:44 13-01-2021 171

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində yarımfinal görüşünə çıxıb. 

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kindzerska finala yüksəlib. O, həlledici görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl kişi cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində finala yüksəlib.