Deputat İqbal Məmmədov "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

15:52 22-01-2021 288

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) "Azqazservis" MMC-nin ləğv olunduğu barədə elan yerləşdirilib. Məlum olub ki, ləğv olunan "Azqazservis" MMC-nin qanuni təmsilçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur.  Bununla bağlı Yeniavaz.com-da yazı yayımlanıb.

Qeyd edək ki, bu yazıdan bir gün sonra “Vergilər” qəzetinin rəsmi veb səhifəsindən (vergiler.az) "Azqazservis" MMC-nin ləğv olunması ilə bağlı elan silinib.

Elanın hansı səbəbdən silindiyini öyrənmək üçün “Vergilər” qəzeti ilə millət vəkili İqbal Məmmədovun köməkçisinin telefon nömrələrinə dəfələrlə zəng etməyimizə baxmayaraq zənglərimizə cavab verən olmadı.




Mənbə Yeniavaz.com