“Azərişıq” 2 milyon manatlıq boya alır - Tenderin qalibi "Muradlı-M" MMC olub

13:44 23-01-2021 423

“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən "Müxtəlif antistatik və digər kimyəvi tərkibli boya məhsullarının satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Muradlı-M" MMC olub.

“Azərişıq” ASC qeyd olunan məhsullara görə "Muradlı-M" MMC-yə 1 milyon 824 min 409,8 manat ödəycək.

Məlumat üçün bildirək ki, "Muradlı-M" MMC 04.11.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, ev 88 –də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədli Toğrul Umudvar oğludur.