Şəhid Aqil Mirzəliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub

18:45 14-02-2021 216

Vətən müharibəsi şəhidi Aqil Mirzəliyevin xatirəsinə həsr edilmiş blits üzrə şahmat turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 100-dək şahmatçının iştirak etdiyi turnirdə ən yüksək nəticə göstərən Rəvan Uğuzov, Allahverdi Həmidov, İqbal Əsədov ümumi hesabda ilk üçlükdə qərarlaşıblar.

Qızlar arasında Şəms Fərzəli birinci yerə layiq görülüb. Aysel Cəfərova və Məryəm Ağaverdiyeva isə ikinci və üçüncü yerləri tutublar.

Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Premier School Off Chess”in birgə təşkilatçılığı ilə “Lichess.org” onlayn şahmat platformasında təşkil olunub.

Qeyd edək ki, Aqil Mirzəliyev oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.