Oqtay Əsədovun keçmiş kürəkəni London meri ola bilər: Eks-spikerin daha bir villası üzə çıxıb?!

11:07 22-02-2021 369
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində yazıb.
 
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Kamran Balayev Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun keçmiş kürəkənidir:
 
"Boşanandan sonra Kamran Balayev o zaman MM-ə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb. Oqtay Əsədov MM mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı.
 
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.
 
Bəs Oqtay Əsədov? O, yaşının bu çağında az qala hər gün ifşa olunur, boğazına kimi bulaşdığı korrupsiya bataqlığında çabalayır. Bəlkə də həmin günə qədər həbsxananın bir küncündə olacaq. Hərçənd inandırıcı deyil, amma nə bilmək olar həyatdır, kiminin əvvəli, kiminin axırı..."
 
Bundan başqa, araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar açıqlayıb: “Keçmiş spikerin villalarından biri Qubada, Qəçrəş yolundadır. Peykdən dəbdəbəli görünməsə də, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır.
 
Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.
 
Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir. Milli Məclisin və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir.
 
Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib” – C.Həsənli bildirib.
 
milletinsesi.info
 
peyk3
peyk
peyk1
peyk2