Hacı İbrahimi 83 min manata görə məhkəməyə verdilər

13:22 03-03-2021 234

Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlunun rəhbərlik etdiyi “Avesta Konserni” MMC barəsində məhkəmə iddiası qaldırılıb.


Yeniavaz.com xəbər verir ki, “Avesta Konserni” barəsində məhkəmə iddiası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qaldırılıb.
Məhkəmə iclası bu gün - 02.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək. 

Məlumat üçün bildirək ki, “Avesta Konserni” MMC-nin hazırda dövlət büdcəsinə 83 min 36 manat 77 qəpik vergi borcu var. Ötəni ilin sentyabr ayında  “Avesta Konserni” MMC-nin vergi borcu bundan təxminən 2 dəfə çox – 182 min manat olub.

Qeyd edək ki, Hacı İbrahim bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanışa da, sonradan yarımçıq saxlanılıb.

Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.
Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır.