Pakistanın Baş Qərargah rəisi -Azərbaycana rəsmi səfərə gəlib

14:06 03-03-2021 261

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza bir sıra görüşlər keçirəcək.