Asiya türk coğrafiyasıdır, Kreml doğru seçim edərsə… - Video

14:22 23-07-2021 747

Ümid edirəm ki, Rusiya missiyasından əlavə uzaqgörənlik də nümayiş etdirər.

Bu sözləri Proqnoz.com-a açıqlamasında türkiyəli tanınmış hərbi ekspert Abdullah Ağar Prezident İlham Əliyevin Rusiya lideri Vladimir Putinlə görüşü haqda danışarkən deyib.

A.Ağar bildirib ki, Azərbaycanın hansısa bir ekspansiya niyyəti yoxdur, haqqı olanı müdafiə edir:

“Düşünürəm ki, Rusiya peyk dövləti Ermənistanın üzərindən Azərbaycanın haqqını qəsb etmək istəyənlərin sırasında olmamalıdır. Çünki türk dünyası dünya geosiyasətində yüksələn bir ulduzdur. Rusiya öncəliklə buna uyğun şəkildə hərəkət edib-etməyəcəyinə qərar verməlidir. Yəni Asiya bizim coğrafiyamızdır və sabitliyə ehtiyacı var. Asiya həm də gələcəyin coğrafiyasıdır. Rusiyanın doğru seçim edəcəyinə və Türkiyə və Azərbaycanla qarşılıqlı fayda və əməkdaşlığa əsaslanan xarici siyasətə üstünlük verəcəyinə ümid edirəm”.