Prezident Memorandumu təsdiqlədi - FƏRMAN

14:17 16-09-2021 801

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” təsdiqlənib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il iyulun 6-da Bakı şəhərində imzalanıb.