Mitropolit: “Bu, insanların sərbəst seçimidir”

17:22 16-09-2021 360

Birinci ierarx mitropolitan İllarion xaricdəki Rus Pravoslav Kilsəsinin öz kilsələrinə koronavirusa qarşı peyvəndlə bağlı heç bir məsləhət vermədiyini söyləyib. O, insanların vaksinasiyadan qorxmamalı olduğunu deyərək, özünün artıq peyvənd edildiyini qeyd edib. Mitropolit kilsənin bu mövzuda məsləhət vermədiyini vurğulayaraq, bunun insanların sərbəst seçimi olduğunu da söyləyib. Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət kilsə həyatına təsir edib, lakin bu dəyişiklikləri prinsipial adlandırmaq olmaz. Belə ki, pandemiyanın başlanğıcında insanlar məbədləri ziyarət edə bilməzdilər, amma onların indi buna imkanları var. Məlumata görə, əsasən ABŞ-da və dünyanın hər yerində onlarla kilsə bu qurumun yurisdiksiyası altındadır. 2020-2021-ci illərdə isə koronavirus pandemiyası ilə əlaqədar olaraq, əməkdaşların xidmətə gəlməsinin ciddi şəkildə məhdudlaşdırılması məcburiyyəti yaranıb.

Nigar