AKADEMİK: “HAQQ-ƏDALƏT İSTƏYƏN GƏNCLƏRİ QİDASIZLIQDAN GƏBƏRDƏCƏYİK!”

18:24 16-09-2021 306

İdris Abbasov

Dövlət büdcəsindən və xalqın cibindən oğurlamağa alışmış, milyonlara sahib qangir akademik deyib ki, indiki gənclərin çoxu həssasdırlar, qanun, haqq, ədalət istəyirlər. Bunun qarşısı akademik metodlarla alınmalıdır. O deyib:
“Möhtərəm həmkarlar! Bu yol gedib dönülməzdir! Özünüz bilirsiniz. Min bir zəhmətlə qurduğum sistemdən atıldım. Vecinizə almayın, möhkəm olun, ölməmişəm hələ. Üzdə tərifləyin, arxada işinizi görün ki, qisas axirətə qalmasın! Daha çox haqslzlıq edin, vəzifə səlahiyyıtlərinizi ədalətsizliyin təntənəsinə sərf edin. Onsuz da başlarını icra başçılarl və talançı dost məmurlarla qatmışam, akademiyaya boylanıb baxmağa məcalları yoxdur. Əla fürsıtdir! Düzgünlük tələb edınlərə daha çox yandıq-qındıq verin ki, narazılıq artsın, enerjili gənclər isə ya bizə -şəbəkəmizə tabe olub ya ali hakimiyyətə qarşı çıxsınlar, ya da ölkəni tərk edib cəhənnəm olsunlar! Pullarınızdan yalnız özünütəbliğə və əks təbliğata xərcləyin! Ölkə bizim şəbəkınin olmalıdır!
Hətta ölkədən didərgin saldığımız gənclərə yol tapın, onları ələ alın, günahların birinci şəxsdə olduğunu onların beyninə yeridin. Pul da buraxın ki, təbliğat təsirli və şirin olsun! Qələbə bizimdir, saunanızdan, spesifik tibbi-fizioloji prosedurlarlnızdan qalmayın! Bapbapp, sən hər ay qanını dəyişdirməyi unutma! Baldan, qaymaqdan, azacıq ikradan, xüsusi bəslənmiş çəpiş ətindən, südündən yeyin, için, canınıza baxın! Haqq-ədalət istəyən gənclər onsuz da qidasızlıqdan yarımcan, xəstə düşüb gəbərəcəklər. Belə də ki, çoxunu vərəmlətmişik. Ho-ho-ho..”

Paralel.az