Zakatalada sel təhlükəsi davam edir

20:29 25-09-2021 378
Əhaliyə ciddi maddi ziyan dəyib
Bu il bütün dünya dövlətləri üçün təbii kataklizmalar ili oldu. Bəzi dövlətlər sel sularının, daşqınların, digərləri isə meşə yanğınlarının girovuna çevrildilər. Azərbaycan Türkiyə, Rusiya və Amerikaya nisbətən kiçik dövlət olsa belə, bu dünyanın bir parçasıdır. Buna görə, kiçik miqyasda da olsa, yanğınlar və sellər bizdən də yan keçmədi.
Artıq bir neçə gündür ki, Zakatala, Balakən bölgəsi sel və daşqınlarla mübarizə aparır. Bu gün Zakataladakı mənbədən aldığımız məlumata görə, intensiv yağan yağış və doludan sonra, rayonun bəzi kəndləri sel sularının ciddi təsirinə məruz qalıb və kəndlərdə təhlükəli vəziyyət yaranıb. Katex çay, Tala çay və Qara çay çaylarının yaxınlğında yerləşən, yaxud həmin çayların keçdiyi kəndlərdə vəziyyət xücuciylə ağırdır. Həmin kəndlərdən Höytala və Yolayrıcda fermerlərin və əhalinin təsərrufatlarına ciddi ziyan dəyib. Əhalinin həyətyanı sahəri, eləcə də əkinəyararı torpaqları sel sularının gətirdiyi lil altında qalıb.
Yerli sakinlər bildirir ki, bu heç də birinci hal deyil. Hər il sel zamanı insanlar ciddi təhlükə qarşısında qalsalar da, deyəsən, rayon rəhbərliyini bu, əsla narahat etmir. Onlar sadəcə, «Dəyən ziyanın hesablanması üçün tədbirlər görülür», deməklə işlərini bitmiş hesab edirlər. Sel suları altında qalan torpaqları yararlı hala gətirmək üçün isə uzun zaman lazım olacaq.
Yusif Seyid