Tapdıq Abbas yazır...

17:49 19-10-2021 450

"Görəsən, nə vaxtsa bu ölkədə xalqın etirazına cavab olaraq reaksiya verən  tapılacaq?
Kişilər, ölkədə internetə cavabdeh olan nazirliyin adı 5 dəfə, naziri isə düz 3 dəfə dəyişib, amma bu nazirliyin fəaliyyətində heç nə düzəlmir, təzə gələn nazir gedənin ölülərinə rəhmət oxutdurur!  
İnternetin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyi vaxta qiyməti baha, keyfiyyəti yox, sürəti isə həddindən qat-qat çox aşağıdır. İşləmək mümkün deyil! 

Son statistikaya görə Azərbaycanda internetin sürəti yenə azalıb! İnternet xidməti səviyyəsinə görə, Azərbaycan 181 ölkə arasında 3 pillə geriləyərək, 127-ci yerə düşüb. Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır! Amma buna baxmayaraq, bu qədər yazılır, tənqid olunur, heç kimin vecinə deyi"

Paralel.az