SOCAR Batumidə bina uçqunundan zərər çəkən ailələrə maddi yardım edib

18:06 20-10-2021 531

Proqnoz.com 24 news.ge-yə istinadən xəbər verir ki, SOCAR şirkəti Batumi şəhərində baş vermiş bina uçqunundan zərər çəkən ailələrə, 10 min lari məbləğində yardım edib.
Sözügedən məbləğ dövlət tərəfindən zərərçəkmişlərə dəstək məqsədi ilə yaradılmış fonda köçürülüb. Şirkət kollektivi hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 may küçəsində yaşayış binasının çökməsi nəticəsində 9 nəfər həyatını itirib. Zərər çəkən 50-dən artıq ailə isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Akif Nəsirli