Bələdiyyələr, yoxsa icra hakimiyyətləri

18:12 26-11-2021 1161
Seçimi dövlət etməlidir, yoxsa xalq?
 
Proqnoz.com xəbər verir ki, bu fəaliyyətsiz (talançılıq fəaliyyət sayılmır) qurumlar nəyə və kimə lazımdır? Bu məsələ son parlament iclaslarında da, müzakirələrə səbəb oldu. Bu fəaliyyətsiz qurumlar nəyə və kimə lazımdır? Əslində, onları fəaliyyətsiz hesab etmək düzgün deyil. Çünki onların çox geniş fəaliyyət sahələri var. Söhbət ondan gedir ki, onların bu fəaliyyətləri dövlətə və xalqa yox, özlərinin şəxsi rifahlarının yüksəlişinə xidmət edir. Məhz bu səbəbdən də, hazırda ölkəmizdə mövcud olan vəziyyət onu deməyə əsas verir ki, icra hakimiyyətləri, yaxud bələdiyyələr ləğv olunmalıdır. Əgər hökumət seçkili orqanlara (əslində, bələdiyyələrin də, təyinatlı qurum olduğunu məmləkətimizdə bilməyən yoxdur ) etimad göstərmirsə, onda onları saxlamağın heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, rayonu, şəhəri, qəsəbəni, kəndi bir qurum idarə etməlidir. Yəni, ya icra hakimiyyətləri, ya da bələdiyyələr. Dünyanın əksər ölkələrində, eləcə də qardaş Türkiyədə icra hakimiyyəti adında qurumlar yoxdur. Yerli idarəetmə orqanı kimi, yalnız bələdiyyələr tanınır. Biz isə illərdir bir qərara gələ bilmirik. Ona görə də, gəlin bələdiyyələri ləğv edək. Əgər beynəlxalq təşkilatlar bizdən tələb edirlərsə ki, bu seçkili orqan olmalıdır, onda icra hakimiyyətlərinə seçkilər keçirərik, bu da dünyada bir yenilik olar. Hökumət də, kiminlə işləmək istəyir, qutudan onu çıxarar. Bu sahədə Məzahir müəllimin bacarığına da, söz ola bilməz.
 Seyid