Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı -VİDEO

21:08 01-12-2021 909

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Proqnoz.com: Hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər "Space" və "Lider" Tv-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.