Ermənilər qorxuya düşüb

14:42 02-12-2021 720

Poqnoz.com xəbər verir ki, bir neçə erməni qurumun rəhbəri  türk mənşəli malların ölkəyə idxalına qoyulan qadağanın müddətini uzatmağı bəyan edib: “Biz Ermənistan hökumətinin türk mənşəli malların idxalına qoyulan qadağanı ən azı 5 il uzatmasını zəruri hesab edirik.
Türkiyə mənşəli mal idxal edən şirkətlər Ermənistan bazarını tərk edəndən sonra bir çox sahələrdə erməni istehsalçıları istehsallarını artıraraq, yeni iş yerləri açaraq bazarın tələbatını ödəməyə çalışırlar.
Türkiyə mallarının idxalına icazə verilərsə, türk mallarının istehsalçıları və idxalçıları yenidən Ermənistan bazarına qayıtmaq üçün addım atacaq. Bu da yeni yaradılmış və yeni sərmayə qoyan erməni şirkətlərini çətin vəziyyətə salacaq.
Türkiyə mənşəli malların idxalına və istehlakına əlavə məhdudiyyətlər tətbiq edilməlidir. Malların idxalına qoyulan qadağanın daha təsirli olması üçün gömrük qadağası ilə yanaşı, satış qadağasının da tətbiqini təklif edirik”.
Nigar