Helikopter qəzasında həlak olan DSX zabiti ilə Beyləqanda vida mərasimi keçirilib - FOTOLAR

16:31 03-12-2021 765

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

Proqnoz.com xəbər verir ki,, şəhidin cənazəsi kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb.

Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.