Parlament növbədənkənar sessiyaya hazırlaşır

13:28 17-05-2022 540

Milli Məclisin növbədənkənar sessiyası keçirilə bilər.

 


Bu barədə Milli Məclisdən məlumat verilib.

Hazırda parlamentin qrafiki sıxdır və yaz sessiyasının bitməsinə qədər gündəlikdə duran məsələlərin hamısına baxılmaması ehtimalı çoxdur.

Ona görə də, Milli Məclisin deputatların müraciəti əsasında iyun ayında növbədənkənar sessiyasının çağırılması gözlənilir.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.