«GrandMart»dan ABSURD QAZANC HESABATI... - İLDƏ CƏMİ 8 MİN MANAT QAZANIB?

16:15 28-06-2022 414

Azərbaycanın tanınmış supermarket şəbəkələrindən olan «GrandMart» 2021-ci ildə cəmi 8 min manat qazanc əldə edib. 

 


Xalqxeber.az -ın məlumatına görə, FED.az bu barədə şirkətin rəsmi hesabatına istinadən məlumat verir.

Azərbaycanın məşhur şirkəti «Təkərstore»u aldı, 2 milyon manat yatıracaq - AVTOMOBİL TƏKƏRLƏRİ BAZARINA İRİ OYUNÇU DAXİL OLUR

Hesabata əsasən 2021-ci ildə «GrandMart»ın satışlarının ümumi həcmi 126 milyonq manat olub. Bu əvvəlki illə müqayisədəf 21% artıqdır, belə ki, 2020-ci ildə «GrandMart»ın dövriyyəsi 104 milyon manat olmuşdu.

«Bravo» 3 ildir ki, böyük zərərlə işləyirmiş – RƏQƏMLƏR AÇIQLANDI

Satışı maya dəyəri isə 2021-ci ildə 117,5 milyon manat olub. Bu 2020-ci ildən 23% artıqdır. 2020-də satışın maya dəyəri 95,3 milyon manat olmuşdu.

Nəticədə şirkətin ümumi mənfəəti )satış həcmi və satışın maya dəyəri arasındvakı fərq) 8,76 milyon manat olub. Bu 2020-ci ildə isə bu göstərici 8,77 milyon manat idi.

Başqa sözlə, 2020-ci ildə «GrandMart» satdığı məhsullar üzrə 9,1% marja ilə işləyibsə, 2021-ci ildə bu göstərici 7,2%-ə düşüb.

2021-ci ildə şirkətin digər gəlirləri 5,7 milyon manat təşkil edib – bu da 2020-ci ildən təqribən 2 dəfə artıqdır, əvvəlki il digər gəlirlər 2,9 milyon manat olmuşdu.

Şirkətin kommersiya xərcləri isə 14,3 milyon manat olub.

Nəticədə «GrandMart» 2021-ci ili 10 min 970 manat əməliyyat gəliri ilə başa vurub. 2020-ci ildə isə bu göstərici 207 min manat zərər idi. Mənfəət vergisi xərcini də çıxdıqda (2 194 manat), 2021-ci ildə «Grand Mart»ın xalis mənfəəti 8776 manat təşkil edib. Xatırladaq ki, şirkət 2020-ci ili 207 min manat zərərlə başa vurub.

Hesabatdan görünür ki, 2020-ci ildə zərərlə işləyən «GrandMart»ın mənfəətə çıxması satış gəlirləri ilə deyil, digər gəlirləri ilə bağlı olub. Həmin gəlir maddəsinin 2 qat artması şirkətin cüzi də olsa mənfəətə çıxmasına imkan verib. Satışda isə marja aşağı düşməkdədir və bu böyük ehtimalla ticarət sektorunda getdikcə güclənən rəqabətlə bağlıdır.

2021-ci ildə «GrandMart»ıq aktivləri 73% artaraq 2020-ci ildəki 34,6 milyon manatdan 2021-ci ilin sonunda 60 milyon manata yüksəlib. Bu artım şirkətin yaratdığı təqribən 42 milyon manatlıq ehtiyatların hesabına baş verib – 2020-də 18 milyon manat idi.

Şirkətin səhmdarlarının yatırdığı nizamnamə kaitalı dəyişməyib – 12 milyon manat.

Əvəzində «GrandMart»ın ticarət və kreditortor borcları 2 dəfədən də çox artaraq 19 milyon manatdan 41 milyon manata yüksəlib. Nəticədə ümumi öhdəliklər 22,6 milyon manatdan 47,9 milyon manata qalxıb.





 

XalqXeber.Az

0.22364902496338