"Bəzi müəllimlərin direktor olmasını istəmirik" - Nazir

16:16 28-06-2022 522

“Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı çoxdur. Lakin seçim üçün yaradılan komissiya bu vəzifəyə uyğun olanların sayının az olduğunu üzə çıxarır”.

 


Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir: “Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük. Çünki onlar müəllim kimi çox yaxşı iş görürlər. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik. Ona görə də hazırda bu istiqamətdə müəyyən işlər görülür. Yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək”.

Nazir bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar: “Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq”.

 

XalqXeber.Az

0.21377897262573