“Gömrük işi”ndə Əbülfəz Məlikovun həbsinin detalları

16:38 07-08-2022 504

06 avqust 2022-ci ildə Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinda aparılan cinayət işi üzrə müstəntiqin vəsatətinə baxılıb.

Bakudays.com bildirir ki, məhkəmə Əbülfəz Məlikovun barəsində həbs qətimkan tədbiri seçib.

Əbülfəz Məlikov illər ərzində müxtəlif adamların adına yaratdığı saxta şirkətlər vasitəsi ilə apardığı maliyyə əməliyyatları ilə dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Əbülfəz Məlikovun “gömrük monopoliyaları”, Broker şəbəkə maxenasiyaları, saxta nağdlaşdırma şirkətləri barədə mətbuatda illərdir yazılar yayımlanırdı.

XalqXeber.Az

0.22363781929016