“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi

15:48 08-08-2022 531

“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini
təqdim etdi. Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər eSIM nömrəni heç yerə
getmədən onlayn şəkildə əldə edə bilərlər. eSIM nömrəsini əldə etmək üçün esim.nar.az
səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirə bilərsiniz.

Qeyd edək ki, SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. eSIM xidməti
nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini
aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.

eSIM haqqında daha ətraflı məlumatı esim.nar.az səhifəsindən əldə edə bilərsiniz.


“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.

0.21013188362122