Kəmaləddin Heydərovla bağlı TƏDARÜK BAŞLAYIB... - Onun yerinə namizəd axtarılır...

15:21 16-08-2022 630

Kəmaləddin Heydərovun vəzifədən alınması yönündə tədarük başlayıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

 
Xəbəri verən qaynağın bilgisinə görə, yaxəın müddətdə Fövqəladə Hallar Naziri postunda dəyişiklik gözlənilir.

Xatırladaq ki, dünən FHN əməkdaşlarının biabırçı görüntüləri yayılıb və bu faktdan FHN şefinə qarşı istifadə çabaları müşahidə olunmaqdadır.

Onu da qeyd edək ki, Kəmaləddin Heydərov 2006-cı ildən FHN-yə rəhbərlik edir. 1995-ci ildən 2006-cı ilə qədərsə Dövlət Gömrük Komitəsinə sədrlik edib.

Bir neçə gün əvvəl Kəmaləddin Heydərovun kadrlarından biri olan Səfər Mehdiyev DGK rəhbərliyin uzaqlaşdırıldı. Prosesin Kəmaləddin Heydərova qədər uzanacağı proqnozlaşıdırlırdı və artıq baş verməkdədir...

Əlavə bilgilərimiz olacaq. DİA.AZ-ı izləyin...

 

XalqXeber.Az

0.23094511032104