Qarabağdan İran ərazisinə mərmi düşüb –Artıq 3-cü dəfə

19:02 28-09-2020 100

Qarabağın bəzi bölgələrində döyüşlər İranla həmsərhəd ərazidə gedir.

Yenixeber.org: İRİB xəbər verir ki, Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin Azərbaycan Respublikası ilə həmsərhəd hissəsinə artıq 3-cü dəfə mərmilər düşür.

İranın Xudafərin qəzasının valisi Əli Əmirirad faktı təsdiqləyib. Onun sözlərinə görə, sonuncu dəfə döyüş sursatı Yuxarı Qurtalca kəndinin ərazilərinə düşüb.

“Son 24 saat ərzində bu, Qarabağın müharibə gedən bölgələrindən Xudafərinə doğru atılan üçüncü mərmidir. Digər mərmilər mahalın Xələfbəyli və Şərfə kəndlərinin qeyri-məskun ərazilərinə düşüb”, – deyə vali Əli Əmirirad əlavə edib.