Ərdoğan: -“Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”

19:04 28-09-2020 70

"ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan vurğulayıb.