Kəmaləddin Heydərovun müavini Tapdıq Əmiraslanov FHN işçisini nədən narazı salıb?

22:18 28-09-2020 480

Redaksiyamıza FHN-nin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində Kadr üzrə mütəxəssis işləyən Ağalarova İlahə Mirəskər qızı şikayət ərizəsi ilə müraciət etmişdir.

Rəsmi dövlət orqanlarında müraciətlərinə baxılmadığı üçün redaksiyamıza müraciət etmək məcburiyyətində qalan xanım hüquqlarının bərpa olunmasını istəyir.

Qeyd edək ki, Neftçalada yerləşən bu idarə mövsümü xarakterli sel və daşqınlar nəticəsində əziyyət çəkən əhalinin təhlükəsizliyini nəzərə alaraq, Cənab Prezidentimizin məlum sərəncamıyla yaradılıb. Bir neçə ildir ki, hüquqları tapdanan dörd uşaq anası olan bu xanım nazir müavini Tapdıq Əmiraslanovun göstərişi ilə xidmət rəisi Fuad Bağırovun və idarə rəisi Fuad İsmayılzadənin özbaşınalıqlarından əziyyət çəkdiyi üçün bizə müraciət etmək məcburiyyətində qalıb. Çünki bu idarədə özbaşınalıq edənlər nazirlikdə yüksək vəzifələr tutanların qohum və dostlarıdır.

İdarədə dözülməz şəraitdə işləyən şikayətçi deyir ki, 112 qaynar xəttinə etdiyi müraciətlərə də obyektiv baxılmır. Burada baş verən özbaşınalıqlar, dövlət əmlakının ğöyə sovrulması, Neftçala rayonunda əhalinin yeganə içməli su mənbəyi olan Kür çayına fekal suların axıdılması, rəsmi dövlət sənədlərində imzasının saxtalaşdırılması və digər qanun pozuntuları barədə altı ildir ki, nazirə ünvanladığı müraciətlər həmin şəxslər tərəfindən gizlədilir.

Nazir müavini Tapdıq Əmiraslanovun bağbanının oğlu Elnur Məmmədov adlı “ölü can”a maaş yazdıqlarına qarşı çıxdığına görə İlahə Ağalarovanı daha işdə daha da sıxışdırmağa başlayıblar. Şikayətçi xanım deyir ki, o və idarədə hüquqları tapdanan hər bir əməkdaş bilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ədalətli insandır.

Altı ildir ki, öz naziri ilə görüşüb onların etdikləri qanunsuzluqları demək istəyən şikayətçi xanımın qəbula düşməsinə dəfələrlə müxtəlif üsullarla maneçiliklər törədilib. Hətta 30.12.2014-ci il tarixində nazirin qəbuluna gələndə nazirliyin həyətində pilləkənlərlə aşağı enən Kəmaləddin Heydərova yaxınlaşmaq istədikdə, həmin şəxslərin göstərişi ilə mühafizə tərəfindən qucağında olan 2 yaşlı körpəsinin göz yaşlarına baxmayaraq, nazirliyin həyətində onun qarşısını kəsərək görüşməyinə imkan verməyiblər.

Növbəti dəfə 30.11.2015-ci il tarixində nazirin Neftçala rayonunda vətəndaşları qəbulu zamanı bir gün öncə şikayətçi xanımı qəbula yazdıqları halda, qəbul günü hamiləliyini görsələr də, onu qəbul gedən binanın həyətinə belə buraxmayıblar. Cənab naziri ilə görüşmək İ.Ağalarovanın son ümidi imiş.

Redaksiyamıza üz tutan dörd azyaşlı körpə anası olan bu xanım saytımız vasitəsilə dövlət başçısına, əlaqədar orqanlara və Kəmaləddin Heydərova idarədə dövlət əmlakının talanmasını bizə də təqdim etdiyi sənəd və sübutlarla çatdırmaq ona qarşı olan haqsızlıqları demək istəyir.

Şikayətçi xanım Ağalarova İlahə Mirəskər qızı sosial şəbəkədə sənədlərlə birlikdə videomüraciət də ünvanlayıb. Həmin müraciəti olduğu kimi veririk.


Mövzuya qayıdacağıq və qarşı tərəfi də

milletinsesi.info