Daşkəsən -artilleriya atəşinə tutulur

10:48 29-09-2020 100
"Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur”.
Yenixeber.org: Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək", - deyə MN rəsmisi qeyd edib.