MN-dən F-16 açıqlaması: -“Məlumat yalandır”

11:14 29-09-2020 100
Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil", - deyə MN rəsmisi qeyd edib.