Ohanyan, Xaçaturov və Koçaryan -Qarabağa getdi

20:52 29-09-2020 80
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağa gedib.
Yenixeber.org: Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Koçaryan Ermənistanın ikinci prezidenti olmadan əvvəl, 1994-1997-ci illərdə Qarabağdakı separatçı rejimə rəhbərlik edib, 90-cı illərdə isə Qarabağ döyüşlərində iştirak edib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan da Qarabağdadır.

Qeyd edək ki, onların hər biri 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu dəyişməkdə ittiham olunurlar.