Kardaşyanı müdafiə edən Deniz Çakıra: -"Xocalı soyqırımını oxu"

18:48 30-09-2020 75

"Show TV" xəbərlər aparıcısı Ece Ünerin Türkiyə və Azərbaycan haqqında qalmaqallı sözlər yazan erməni əsilli məşhur realiti-şou ulduzu Kim Kardaşyan haqqında tənqidi fikirləri sosial şəbəkədə qısa vaxtda sürətlə yayılıb.

 

Yenixeber.org: Aparıcının bu sözlərini hər kəs alqışladığı halda aktrisa Deniz Çakırın fikirləri tənqid edilib. Belə ki, aktrisa sosial şəbəkədə Ecenin ünvanına "Bu nədir... Necə bir avam yaxınlaşmadır. Bu üsulla "Ana haber" aparır" sözlərini yazıb.

Ece Üner açıqlamasında "Kardaşyanın kameralara göstərməyə öyrəşdiyi bir amilinin olduğunu hamımız bilirik. Bu sözləri yazarkən də həmin amilini əsas götürüb görəsən" sözlərini deyib. Onun ifadələri sosial şəbəkədə günün ən çox müzakirə edilən və alqışlanan paylaşımı olub.

Ünerin Çakırın onun ünvanına dediyi sözləri də cavabsız qalmayıb. Aparıcı "Bir yerindən uydurma... Əsas cinsiyyətçilik axtarmaqdır. Mən adi qadınların haqqını müdafiə edərkən siz harada idiniz? Kardaşyanla qadın haqları müdafiəçisi olduğunuz kimin ağlına gələrdi? Səmimiyyətsizliyiniz mədə bulandırır. Bir az da Can Yücel oxuyun, dərk etməniz yerinə gəlsin" deyə, aktrisaya cavab verib.

Türk sənətçiləri də Çakırın sözlərini yayımlayaraq, onu tənqid ediblər.

Müğənni Alişan Çakıra "Sən və sənin kimilərə artıq təəccüblənmirəm. Ece Üner sənə verə bilinəcək ən gözəl cavabı verdi. Bir də insan avam olsun da başqa şey olmasın. "Şeyi" də sən başa düş artıq" sözlərini ünvanlayıb.

 

Müğənni Yaşar İpek də Ece Üner və Deniz Çakır mübahisəsinə biganə qalmayıb. O, aktrisanın ünvanına "İnanılmayan tək şey sənin ağzından çıxanı bəzən qulağının eşitməməsidir. İyrənc ombası və sinəsi ilə qürurlanan Kim Kardaşyandan sənə nə? Otur, sənə sıfır. Sabah müharibəyə getsək, "bizə nə" deyəcəksən, əminəm. Amma elə deyil Dəniz, bu gün mənə, sabah sənə. Dünya dönür... Xocalı soyqırımını aç oxu, dünən ağlaya-ağlaya oxudum. Bunu müdafiə edənə insan nə desin? Biz türkük, qanımıza toxunulanda nə yer, nə də zaman tanıyırıq" ifadələrini yazıb.